Dəmirəl üçün xatirə kitabı açılıb - BAKIDA


15:41     18 İyun 2015 5812e29c-1ea5-405c-a80e-20c8858f83af_292.jpg

Türkiyənin Azərbaycandakı səfirliyində doqquzuncu prezidenti Süleyman Dəmirəlin vəfatı ilə əlaqədar başsağlığı kitabı açılıb.


Səfirliyin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, xatirə kitabı bu gün saat 10:10-da açılıb.

Qeyd edək ki, Türkiyənin doqquzuncu prezidenti Süleyman Dəmirəl dünən Ankara xəstəxanasında 91 yaşında dünyasını dəyişib.

S.Dəmirəl 1993-2000-ci prezident postunu illərdə tutub. Ondan əvvəl 5 dəfə Türkiyənin baş naziri vəzifəsinə seçilib.

Açar sözlər:

Oxunub: 896