Goranboyda poçtdan seyf oğurlandı


15:59     13 May 2016 ogurluq%20seyf.jpg

Goranboyda poçt şöbəsindən pul və sənəd olan seyf oğurlanıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən mayın 11-də Muzdurlar kənd poçt şöbəsinin inzibati binasından içərisində 441 manat pul və sənəd olan seyfin rayon sakinləri, İlkin Şıxıyev, əvvəllər məhkum olunmuşlar - Kamil Bayramov, Nurlana Cəfərova, Samir Bayramov, Vaqif Hüseynov tərəfindən oğurlanması müəyyən edilib.

Həmçinin, onların həmin gün əvvəllər məhkum olunmuş Samir Alışanov və Tahir İbrahimovla birgə həmyerliləri N.Hacıyevə məxsus mağazadan ərzaq məhsulları, tütün məmulatı və spirtli içki, habelə Göygöl şəhərində şəhər sakini Qələndər Əliyevə məxsus mağazadan qapının qıfılını sındırmaq yolu ilə 100 manat pul, post terminal aparatı, sərinləşdirici içkilər və tütün məmulatı oğurlamaları da müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə K.Bayramov, N.Cəfərova, S.Bayramov, S.Alışanov və T.İbrahimov tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 925