Nazir hamilə qalan məktəbli ilə bağlı - Göstəriş verdi
16:12 13 May 2016
Şamaxı rayon Pirbəhli kənd orta məktəbində qeydə alınan şok olayla – şagirdin hamilə qalması ilə bağlı Təhsil Nazirliyi hərəkətə keçib.
Femida.az xəbər verir ki, bu haqda Modern.az saytına Şamaxı rayon Təhsil Şöbəsinin adının çəkilməsini istəməyən vəzifəli şəxsi bildirib. O, araşdırma aparıldığını qeyd edib:
“Hazırda hüquq-mühafizə orqanlarında işə baxılır. Prokurorluğun müvafiq qərarından sonra nəticələr barədə geniş açıqlama veriləcək”.
Qurum rəsmisi təhsil naziri Mikayıl Cabbarovun məsələni nəzarətə götürdüyünü vurğulayıb:
“Hazırda Şamaxı rayon Təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev Bakıda nazir Mikayıl Cabbarovun qəbulundadır. Hadisə necə olub, həkim hansı rəyi verib, bilmirəm...
Hazırda cənab nazirin göstərişinə uyğun olaraq, həmin məktəbə gedirəm. Məktəb direktoru və müəllimlərin, məktəbin həmkarlar təşkilatının izahatı alınacaq. Araşdırmalardan sonra nazirin göstərişinə uyğun qərar qəbul ediləcək”.
Qeyd edək ki, rayonun Pirbəhli kənd məktəbinin 9-cu sinif şagirdi müəllimi İbrahimov Elnur Həsənağa oğlundan hamilə qalıb, onun hamiləliyin artıq 7-ci ayında olduğu bildirilir.
Məktəblinin valideynləri dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsələr də, cinayətin açılmasına E.İbrahimovun mane olduğu bildirilir.
Belə ki, müəllimin səyi nəticəsində Şamaxı rayon məhkəmə tibb eksperti Məmməd Abdulrahibov 7 aylıq hamilə olan 15 yaşlı şagirdin bakirə olduğu haqda rəy verib.
Hadisə ilə bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi açılıb. Araşdırma gedir.
Femida.az
Oxunub: 2145
Oxşar xəbərlər
- Nazirliyə 262 minə yaxın müraciət daxil olub
- Nazir müavininin kürəkəninin intihar səbəbi bəlli oldu - Təfərrüat
- Nazirlər Kabinetindən ali təhsil müəssisələriylə bağlı QƏRAR
- Nazir Zərdaba gedir
- Nazirliyə 23 mindən çox müraciət daxil olub
- Nazir uşaq ölümündən danışdı
- Nazirlik ölkə üzrə reydlərə başladı - Qanunsuz satış edənlər cərimələndi
- Nazir ön xəttdə yoxlama apardı
- Nazirlik əhaliyə müraciət etdi
- Nazir İmişlidə görüş keçirdi