Vətəndaş ona qarğış edəni məhkəməyə verir – ŞOK İDDİA


22:42     18 İyun 2015 qadanie.jpg

Femida.az insanlara hüquqi yardım layihəsini davam etdirir. Femida.az oxucusunun bizə ünvanlandığı qeyri-adi suala cavab tapmağa çalışacağıq.
Mövzu ilə bağlı Hüquqşünaslar qrupuna müraciət etdik.

SUAL: “Mənə bir adam qarğış etdi. Sonra onun elədiyi qarğış olduğu kimi başıma gəldi. Düşünürəm ki, bəlkə onun duası tutub məni. O adamı məhkəməyə verə bilərəm? Qanunvericilikdə belə hal nəzərdə tutulub?

Hüquqşünas Erkin Məmmədov:

“Məhkəməyə müraciət etmək hər kəsin hüququdur.Bu sualla bağlı məhkəməyə müraciət etmək olar, amma nəticəsi olmaz. Çünki,bunlar arasında hər hansı hüquq münasibəti olmayıb.”

Hüquqşünas Cəmil Adışov:

“Qarğış təhqir təqsirinin heç bir ünsürünü özündə ehtiva etmir və qanunvericilikdə belə bir müddəa yoxdur. Fikirimcə, məhkəməyə müraciət nəticəsiz qalacaq.”

Hüquqşünas Məhərrəməli Həmidov:

“Məhkəməyə müraciət edə bilər. Amma nəticəsi olmayan bir məsələdir. Həmin şəxsə tövsiyyə olunur ki, vaxt itirməsin və belə işlərə inanmasın.”

P.S.Femida.az-a hüquqi yardım layihəsi çərçivəsində köməyə görə Hüquqşünaslar qrupuna təşəkkür edir.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1989