15 yaşlı məktəblinin tarixi kəşfi


21:16     14 May 2016 15%20yasli%20mektebli.jpg

Kanadada yaşan 15 yaşlı bir uşaq heç kəsə məlum olmayan Maya mədəniyyətinə aid qədim şəhəri ortaya çıxarıb.


Kvebek şəhərində yaşayan Uilliam Qadorinin mayalılara qarşı marağı sayəsində yeni kəşfə imza atıb. Uiliam 117 maya şəhərinin 22 bürcə aid ulduzların yerlərinə uyğun gəldiyini aşkarlayıb. Apardığı araşdırma zamanı məktəbli 3 ulduzdan ibarət olan 23-cü bürcə aid bir şəhərin tapılmadığını müəyyən edib.

Kanada Kosmik Agentliyinin peyk fotoşəkillərindən istifadə edən Qadori daha sonra bunları “google earth” şəkilləri ilə birləşdirib və 3-cü ulduzun işarə etdiyi yerdə şəhərin olduğunu aşkarlayıb.

Koordinatlara görə sözügedən şəhər Meksikadakı Yukatan yarımadasının yaxınlığında yerləşir. Mütəxəssislər bunun indiyə qədər tapılan ən böyük Maya şəhəri olacağını hesab edirlər. Hələ orta məktəbdə oxuyan Qadori əsas hədəfinin tapılan yeni şəhərdə aparılacaq araşdırmalarda şəxsən iştirak etmək olduğunu və qalıqları öz gözləri ilə görmək istədiyini deyib.

Femida.az

Açar sözlər:

Oxunub: 2970