OPEC-dən neft proqnozu


22:45     14 May 2016 OPEK4.jpg

OPEC-in may ayı üçün proqnozunda deyilir ki, 2016-cı ildə dünyada neftə tələbat gündə 1,2 milyon barrel artaraq, 94,18 milyon barrelə çatacaq. Ötən ay ilə müqayisədə proqnoz dəyişməyib.


Neft karteli ekspertlərinin hesablamalarına görə, OPEC-ə daxil olmayan ölkələrdə gündəlik neft hasilatı ötən illə müqayisədə 740 min barrel düşərək, 56,4 milyon barrelə çatacaq ki, bu da gündə OPEC-in aprel proqnozunda nəzərdə tutulduğundan 10 min barrel azdır. Məruzədə qeyd edilir ki, azalma ABŞ-da hasilatın azalması hesabına baş verəcək. Kartelin analitikləri bildirirlər ki, Çin, Meksika, Böyük Britaniya, Qazaxıstan və Kolumbiyada da azalma gözlənilir.

Kartelin özü aprel ayında gündəlik hasilatı artıraraq 32,44 milyon barrelə çatdırıb ki, bu da mart ayının səviyyəsindən təqribən 190 min barrel çoxdur.

OPEC, həmçinin neft şirkətlərinin dünya miqyasında geoloji kəşfiyyata sərmayə yatırımlarını 2016, 2017 və 2018-ci illər ərzində hər il 40 milyard dollara qədər azaldacağını gözləyir.


Femida.az

Açar sözlər:

Oxunub: 1159


Oxşar xəbərlər