Bütün məsuliyyət Səudiyyənin üzərinə düşəcək - İran


03:36     15 May 2016 iran%20erebistan.jpg

Yəməndə baş verən vətəndaş müharibəsi, hərbi qarşıdurmalardan sonra İran və Səudiyyə Ərəbistanı arasındakı böhran daha da dərinləşir. İki ölkə arasında indi də həcc ziyarəti ilə bağlı gərginlik yaşanır.


Femida.az Türkiyə mətbuatına istinadən bildirir ki, İran və Səudiyyə rəsmiləri arasında baş tutan görüşlərdən sonra, İran tərəfi müqəddəs torpaqlarda iranlı zəvvarların qarşılaşdığı maneələrin ortadan qaldırılmadığını bildirib.

Mövzu ilə bağlı açıqlama verən İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Hüseyn Cabiri Ənsari, rəsmi Riyadla razılığa gəlinməyəcəyi təqdirdə, İran vətəndaşlarının bu il həcc ziyarətini yerinə yetirə bilməyəcəyini və bunun səbəbkarı Səudiyyə Ərəbistan olacağını deyib. İran mətbuatına açıqlamasında Ənsari, "Biz əvvəlki illərdə olduğu kimi həcc mövsümündə iranlı zəvvarların Məkkəyə göndərilməsi üçün bütün hazırlıqları yerinə yetirəcəyik. Lakin problem çıxacağı təqdirdə bütün məsuliyyət Səudiyyə Ərəbistanın üzərinə düşəcək", - deyib.

İranlı rəsmilər Səudiyyə hökumətinin viza, yerləşdirmə, təhlükəsizlik, sığorta kimi xidmətlərdə əngəllər yaratdığını iddia edib. Qeyd edək ki, rəsmi Tehran ötən il 464 iranlı zəvvarını öldüyünü xatırladaraq, bunun bir daha təkrarlanmaması üçün Səudiyyənin ciddi tədbirlər görməsini tələb edib.

Açar sözlər:

Oxunub: 1384