Oqtay Əsədov Dəmirəlin dəfninə gedir


23:16     18 İyun 2015 973591.jpg

Milli Məclisin sədri Oqtay Əsədov Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəlin dəfn mərasimində iştirak etmək üçün iyunun 18-də Ankara şəhərinə səfər edəcək.



Femida.az-ın məlumatına görə, Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində parlament sədrinin Türkiyə rəsmiləri və mərasimdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri gözlənilir.

Tədbirlərdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak edəcəklər.

Səfər iyunun 19-da başa çatacaq.

Açar sözlər:

Oxunub: 695