Azərbaycana yeni yol radarları olacaq - Təklif
22:35 15 May 2016
ABŞ-ın nəqliyyatı intellektual idarəetmə sahəsində ixtisaslaşmış "Weyvtroniks" şirkəti nəqliyyatın hərəkətini müşahidə etmək üçün yeni radar sistemini təklif edir.
Bunu Trend-ə 6-cı Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat "Road&Traffic 2016" sərgisində iştirak etmiş şirkətin Şərqi Avropa ərazisində satışlar üzrə meneceri Ceyk Fillmor deyib.
Onun sözlərinə görə, şirkət Azərbaycanda magistral yolarda, şoselərdə, eləcə də şəhər yollarında hərəkəti izləməyə imkan verən müxtəlif radarlar, yol ötürücülərindən istifadə etməyi təklif edir.
C.Fillmor qeyd edib ki, şirkət hər bir avtomobil və zolağın yüklənməsi barədə məlumat almağa imkan verən "SmartSensor HD" yol ötürücüləri təklif edir.
O əlavə edib ki, digər "SmartSensor Matriks" ötürücüsü siqnal idarəetmə sistemlərində və yol hərəkətinə nəzarət üzrə digər metodlarda istifadə olunur: "Bu ötürücü nəqliyyat vasitələrinin dəqiq sayını müəyyənləşdirməyə imkan verir, hətta proqnozlar və hesabatlar təqdim edir".
Femida.az
Oxunub: 1275
Oxşar xəbərlər
- Azərbaycana nə qədər turist gəlib? - SON STATİSTİKA
- Azərbaycana gələn avtobus aşdı - 30 nəfər yaralandı
- Azərbaycana içki idxalı 10% artıb
- Azərbaycana saxta etiketli araq keçirilməsinin qarşısı alınıb
- Azərbaycana qış gəlib
- Azərbaycana idxal edilən vertolyot gömrük rüsumundan azad edilib
- Azərbaycana 22 sm qar yağıb
- Azərbaycana gələn hər üç turistdən biri rusiyalıdır
- Azərbaycana 9,3 mln. dollarlıq avtobus gətirilib
- Azərbaycana gələn turistlərin sayında artım var