Gimnastımız gümüş medal qazandı


02:14     19 İyun 2015 oleqsteplo.jpg

İyunun 18-də Milli Gimnastika Arenasında idman gimnastikası üzrə fərdi çoxnövçülük yarışlarının qalibləri müəyyənləşib.

Azərbaycan gimnastı Oleq Stepko 89,065 xal toplayaraq gümüş medala layiq görülüb. Qızıl medalı ukraynalı Oleq Vernyayev qazanıb (90,332), Rusiya təmsilçisi Nikita İqnatyev (87,365) bürünc medalla kifayətlənib.

Qaliblərin mükafatlandırılması mərasimində kişi idmançılara medalları Azərbaycanın birinci xanımı, Gimnastika Federasiyasının prezidenti, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva təqdim edib.

Açar sözlər:

Oxunub: 620