Biz həqiqətənmi Ermənistanla savaşırıq?


20:20     16 May 2016 ordumuz1.jpg

Azərbaycan türklərin ta qədimdən məskəni olan ərazidir və ərazisində güclü türk dövlətlərinin qurulduğu haqqında cəmiyyətimizin böyük bir hissəsində müəyyən qədər də olsa məlumat var.


Güclü dövlətlərin güclü düşmənləri də olur. Lakin bəzi güclü düşmənlər ər meydanında özlüyünü nümayiş etdirməkdənsə düşmən dövlətin ərazisindəki xırda millətlərdən istifadə edir. İstifadəçilik cəhətdən zənnimcə Rusiya digərlərini kölgədə qoyar. Cılız, cəmiyyət tərəfindən demək olar ki, təcrid olunmuş ermənilər tarix boyu bu yolda Rusiyanın əlverişli silahı olmuşlar. İstifadə olunan hər zaman başqasından istifadə etməyə çalışır.Necəki Rusiya özü Qərbin aparıcı dövlətlərinin yardımı ilə qüvvətli vəziyyətə gəlmiş, Osmanlı və Səfəvi imperiyaları ilə mübarizədə qərbin xeyir duasını almış, lakin qüvvətləndikdən sonra qərbin özünə də qarşı çıxmağa başlamışdır. Ermənilərdən peşəkarcasına istifadə etmək üçün Rusiya olmaq lazım deyil.

Ümumiyyətlə, sanki Tanrı bunları istifadə edilmələri üçün yaradıb. Hər nəysə. Tanrının işinə qarışası deyilik.Yaxşınıda o yaradıb, pisidə o yaradıb. Ümumiyyətlə dinlərdə yaradılışa göz atdıqda ilk əvvəllər yaxşı insan və pis insan anlayışları olmayıb. İnsan özünü dərk etdikcə xüsusi keyfiyyətlər qazanır. Yaxşı və Pis keyfiyyətlər. Görünür bu bədbəxt ermənilərə də bu istifadə olunmaq kimi bədbin keyfiyyətin ən pik nöqtəsində yer almaq nəsib olub.

Bunlardan hər kəs asanlıqla istifadə edə bilər. Sadəcə olaraq kimə xidmət edirlərsə onlardan güclü və onlarla mübarizə vəziyyətində olan dövlətin avtomatik olaraq, təklif belə gözləmədən quluna çevrilmək üçün can atırlar. Bunlar Azərbaycana qarşı demək olar ki, hər zaman istifadə ediliblər. Güclü vaxtımızda da, zəif vaxtımızda da.Hətta indidə normal gücə malik olduğumuz zamanda belə bizə qarşı cılız alətə çevrilməyə davam edirlər.

Təbii ki bu vəziyyətdə bir sualı verməyin, daha açığı desək təkrarən verməyin xüsusi bir yeri var.

“Biz həqiqətənmi Ermənistanla savaşırıq?”


Təbii ki bu sualı hamı bir nəfər kimi “ermənilər kimdir ki, arxasında Rusiya dayanmasa” və yaxud “Bizim hərbi gücümüz torpaqları 1 günün içində almağa kifayət edər lakin ruslar yardım etməsə” kimi əskimiş cümlələrlə cavablandırır.Təbii ki, indi qalxıb deyə bilmərəm ki, səhv deyirsiniz.Əksinə tamamilə doğru cavablandırırsınız.Fəqət sadəcə hər dəfə Rusiyanın adını belə şişirdilmiş formada çəkməklə cəmiyyətimizdə Rusiyaya qarşı bir xof, ruslarda isə bu xofdan cəmiyyətimizə qarşı istifadə şansı yaradırıq. Odur ki Rusiyanı hazırkı zamanda istifadəçilərin içində ən öndə gedəni adlandırıb digər istifadəçi və yardımçılara keçək.

İrandan başlasaq pis olmaz.Ermənistanı açıq aşkar dəstəkləyən ölkələrdəndir.Bu yalnız indi yox, 90-cı illərdə də xüsusilə özünü göstərmiş bir haldır. Özünü İslam respublikası adlandıran İran gerçəkdə İslamla əlaqəsi olmayan, bu dinin ədalətinə yad addımlar atmaqdadır.İranda hakimiyyətdə olan şovinist fars rejimi türklərə qarşı hər vasitə ilə düşmən mövqeyini əks etdirir. Bu tarix boyu farsların hakim mövqe tutduğu hər vaxt təkrar olunmuş və hələdə davam etməkdə olan bir vəziyyətdir. Əhəmənilər,Sasanilər,Buveyhilər,Pəhləvilər və nəhayət “islamçılar” dövründə.
Biz türklər nə zaman ki hakim mövqedə idik bu farslar eyni ilə ermənilər kimi ağasına sadiq bir qul kimi davranırdılar. Lakin saman altından su yeridib öz mənfur niyyətlərini də xüsusi hiyləgərliklə həyata keçirirdilər.

“Türkmənçay” müqaviləsindən sonra Azərbaycanın quzeyi rusların əlinə keçdi və burada “hər növ oyunla türklərin məhvi” siyasətini həyata keçirən ruslar hər vasitə ilə güneyədə müdaxilə etməyə can atırdı. Nə qədər ki güney hissəmiz türk Qacar xanədanının hakimiyyəti altında idi və nə qədər ki bu sülalə güclü mövqedə idi ruslar bu siyasəti həyata keçirməkdə aciz idilər. Elə ki Qacarlar zəiflədi və dövləti idarə etməkdə acizlik nümayiş etdirməyə başladılar, ruslar açıq fəaliyyətə keçdilər. İran ərazisində hakimiyyətə fars mənşəli Pəhləvilər gətirildi və quzeydə tətbiq olunan siyasət artıq güneydədə tətbiq olunmağa başladı.

Mövzudan çox uzaqlaşmayım. İran Qarabağ savaşı zamanı açıq-aşkar Ermənistana öz yardımını göstərdi. Bu yardım indinin özündədə davam edir. 2011-ci ildə Ermənistana səfər edən o zamankı İran dövlət başçısı Əhməd Necat görüş zamanı “Ermənistan özünü müstəqil elan etdikdən sonra bizim əməkdaşlığımız hər keçən gün bir az daha genişlənir. Biz eyni mədəniyyətin daşıyıcılarıyıq, xalqlarımız arasında ədalət, humanizm və dostluq yüksək dəyərə malikdir. Bu gün əməkdaşlığımıza mane olacaq heç bir səbəb yoxdur” ifadələrini dilə gətirmişdir.
2014-cü ildə Ermənistan baş nazirinin Tehrana rəsmi səfərindən sonra bəzi xarici mətbuat orqanları İranın Ermənistana 2 milyard dollar yardım edəcəyi barədə məlumat yaydılar. Doğrudur, İran Xarici İşlər nazirliyinin mətbuat departamentinin rəhbəri Mərziyyə Əfğam bu məlumatların yalan olduğu haqda bəyanat verdi. Lakin kim əminliklə bunun yalan olduğunu deyə bilər? Kim deyə bilər ki, hər zaman erməni meyilli farslar bu yardımı etməyib?

İranın ermənilərə havadarlığı haqqında bu qədər məlumat fikrimcə yetərlidir. Əgər geniş yazılası olsa o zaman ortaya cildlərlə əssər çıxar.

Yanımızda qardaş Türkiyə var. Türkiyə sələfi Osmanlı kimi İslam dünyasının məsuliyyətini öz üzərinə götürür. Təbii ki bu zaman İslam dünyasında olan hər bir qarışıqlıq Türkiyənin hadisələrə müdaxiləsi olmadan ötüşə bilməz. Məsələn: Fələstin problemi. Məhz Fələstin deməyimin də bir səbəbi var. Türkiyə Fələstini dəstəkləyir və İsrailə qarşı çıxır, Fələstin Ermənistanı dəstəkləyir, İsrail Ermənistanı tanımır və bizə öz dəstəyini ifadə edir. Müsəlman ölkələri içərisində Pakistan bizi dəstəkləyən tərəf olub və dəstəkləyici tərəfini saxlamaqda davam edir. Bundan əlavə digər türk dövlətləridə qardaşlıq yardımlarını dilə gətirməkdən çəkinməmişlər.

Müəyyən dövlətlərin ərazisində olan türklərdə Qarabağ savaşı başlayacağı təqdirdə Azərbaycanda düşmənə qarşı vuruşacaqlarını bəyan etdilər. “4 günlük müharibə” bunlara bariz nümunə oldu. İraq türkmanları və güneyli qardaşlarımız Azərbaycan prezidentinə müraciət edərək döyüşmək üçün hazır olduqlarını bəyan etdilər.
Ölkəmizə Siyasi meydanda təklənmiş Azərbaycan desək heç də pis olmaz.
Uzun illərin gündəmindəki qondarma “erməni soyqrımı” yalanını isə demək olar ki, aparıcı dövlət və təşkilatlar tanıyır.

Belə bir vəziyyətdə kim “biz Ermənistanla savaşırıq və ruslar olmasa qalib gələrik” deyə bilər? Axı bu bədbəxtlərdən təkcə ruslar yararlanmır və bunlar bizlə öz iradələri ilə mücadilə etmir.

Erməni lobbisini də heç kim bəhanə etməsin. “erməni soyqrımını” tanıyan Vatikanın nüfuzu qarşısında Erməni lobbisi sadəcə bir heçdir. Təbii ki erməni lobbisinin təziqləri qarşısında aciz qalıb “soyqırımı” tanıyanlarda az deyil. Amma yaddan çıxarmaq olmaz ki, erməni lobbisi güclü olsada dünyada ən güclü lobbi yəhudi lobbisidir. Hər iksinin niyyəti eynidir: Böyük Ermənistan və Böyük İsrail. Onların hədəfləri məhz burada toqquşur. O səbəbdəndir ki, İsrail Ermənistanı tanımır, Fələstin İsraillə münaqişəli Ermənistanı dəstəkləyir.

Məsələnin sadə və qısa izahı var. Dünya güclü bir Türk birliyinin yaranmasını istəmir. Türk birliyinə apparan yolsa Azərbaycanın bütövlüyündən keçir. Bütün dünya türkləri birləşməliyik. Türkün türkdən başqa dostu yoxdur. Tanrının izni ilə qələbə bizimdir.
Tanrı türkü qorusun!





Musa Kazımlı
Femida.az

Açar sözlər:

Oxunub: 11319