`Metsamor`dan başlayan nüvə qaçaqmalçılığı – İNFOQRAFİKA

`Metsamor`dan başlayan nüvə qaçaqmalçılığı – İNFOQRAFİKA


15:14     17 May 2016 infoqrafika%20metsamor%20pl.jpg


Metsamor AES-in dünyaya yaratdığı ən ciddi təhlükələrdən biri onun nüvə qaçaqmalçılığı üçün mənbə rolunu oynamasıdır.

1999-cu ildən bu günə kimi 14 dəfə Ermənistandan Gürcüstana nüvə materialları keçirilməsi cəhdlərinin qarşısı alınıb. Bu, o deməkdir ki, Ermənistanda nüvə qaçaqmalçılığı ilə məşğul olan ciddi cinayətkar struktur var. Və əgər indiyə kimi heç bir halın üstü açılmayıbsa, deməli, bu cinayətkar strukturun kökləri gedib Ermənistanın hüquq-müdafiə orqanlarına, bəlkə də yüksək hakimiyyət postlarına çıxır.



Faktlar göstərir ki, nüvə materialları əsas kanalla Ermənistandan Gürcüstana daşınır. Bunu sübut edən kifayət qədər faktlar var. Budur, onlardan bəziləri:

19 dekabr, 2001 – Gürcüstanın Samsxe-Cavahetiya bölgəsində Ermənistan gətirilmiş 300 qram uran ələ keçirilib.

26 iyun, 2003 – Ermənistanla Gürcüstanın arasındakı Sadaxlı-Baqrataşen sərhəd-keçid məntəqəsində Qarik Dadayan adlı erməni 170 qram saflaşdırılmış U-235 filizi ilə saxlanılıb.

13 mart, 2004 – Yenə də Sadaxlı-Baqrataşen sərhəd-keçid məntəqəsində radioaktiv materialları Gürcüstana keçirməyə çalışan erməni saxlanılıb.

26 avqust, 2009 - Sadaxlı-Baqrataşen sərhəd-keçid məntəqəsində Ermənistanın Geqarkunik rayonunun Noratus kəndinin sakininə məxsus avtomobildə Sezium-137 maddəsinin izləri aşkarlanıb. Maddənin özü güman ki, artıq satıldığına görə tapılmayıb.

Mart, 2010 – İki nəfər erməni: biznesmen Smbat Tonoyan və Yerevan Fizika İnstitutunun əməkdaşı Qrant Ohanyan Tbilisidəki bir oteldə 18 qram uran ilə yaxalanıblar. Məhkəmə araşdırması zamanı məlum olub ki, Tonoyan potensial alıcıya 1,5 milyon dollara 120 qram Uran satacaqmış.

16 sentyabr 2010 – Tbilisi aeroportunda 3 nəfər az miqdarda uran və plutonium tozu satmağa cəhd edərkən yaxalanıb. Onlardan biri erməni idi.

Avqust, 2014 - Sadaxlı-Baqrataşen sərhəd-keçid məntəqəsində Gürcüstana sezium-137 keçirməyə çalışan iki erməni həbs edilib.

Yanvar, 2016 – Yenə də Sadaxlı-Baqrataşen sərhəd-keçid məntəqəsində Gürcüstana sezium-137 keçirməyə çalışan iki erməni həbs edilib.

Aprel, 2016 – Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti 3 gürcü və 3 ermənidən ibarət dəstəni 200 qram “Uran-238” satmağa cəhd edərkən yaxalayıb. Məlum olub ki, tutulan ermənilər əvvəllər Metsamor AES-də çalışıblar. Bu dəstə uranı Yaxın Şərqdəki terrorçu qruplardan birinə satmaq istəyirmiş.

Bundan başqa, Ermənistandan birbaşa Ukraynaya da nüvə materialları daşınır. Belə ki, 22 may, 1999-cu ildə Ukraynanın Bereqovo şəhərində iki nəfər erməni erməni 20 kiloqram U-235 filizi satmağa cəhd edərkən yaxalanıblar.

Digər kanal Ermənistandan Türkiyəyə gedir. 29 dekabr, 2003-cü ildə Ermənistanla İranın arasındakı Mehri sərhəd-keçid məntəqəsində Metsamordan İrana aparılan metal tullantılarının arasında `Stronsium-90` radioaktiv maddəsinin tapılması bunu sübut edir.

Gürcüstana aparılan nüvə materialları da oradan müxtəlif istiqamətlərdə daşınır. Bu istiqamətlərin biri Türkiyədir. 24 oktyabr, 2007–ci ildə Gürcüstanla Türkiyənin arasındakı Sarpi keçid məntəqəsində 4 nəfər Ermənistan vətəndaşı 2.04 qram lourensiun-103 maddəsini Türkiyəyə keçirməyə çalışarkən saxlanılıb. Bu fakt da deyimizi təsdiq edir.

Bəs Ermənistandan çıxarılan nüvə materialları həmin ünvanlara çatdıqdan sonra nə baş verir?

Bundan sonra həmin materiallar beynəlxalq qara bazara düşürələr. Bu bazarın marşrutları hələ 90-cı illərdən bəllidir və CİA da daxil olmaqla, müxtəlif qurumların hesabatlarında əksini tapıb. Avropada nüvə qaçaqmalçılarının əsas mərkəzi Almaniyadır. Bu, Alman polisinin müxtəlif illərdə açıqladığı hesabatlardan aydın olur. Keçmiş SSRİ ölkələrindən nüvə qaçaqmalçılığının marşrutları haqqında açıq mənbələrdə yetərincə məlumat var, onlardan birini məsələn, BURADAN oxuya bilərsiniz.

AzVision.az-ın açıq mənbələrdən topladığı məlumata görə, Gürcüstandan qanunsuz nüvə materialları daha çox Ukraynaya aparılır. Ukraynadan qaçaqmalçılar həmin materialları Almaniyaya çatdırırlar. Digər ünvan isə Yaxın Şərqdir: buradakı terrorçu qruplaşmalar “çirkli bomba” düzəltməyə çox cəhdlər edirlər. Yaxın Şərqdəki terror qruplarının təmsilçiləri qanunsuz materialları Avropa ölkələrində əldə etməyə çalışırlar.

Femida.az

Açar sözlər:

Oxunub: 2064


Oxşar xəbərlər