Süleyman Dəmirəlin dəfn mərasimi başladı (VİDEO)


16:26     19 İyun 2015 publika.az1434695063suleyman_demirele_veda_gunu_1434691438_1465.jpg

Türkiyənin eks-prezidenti Süleyman Dəmirəl bu gün dəfn edilir.

Femida.az Türkiyə mediasına istinadən xəbər verir ki, vida mərasiminin ilk hissəsi Ankaranın Güniz küçəsindəki evinin qarşısında, ikinci hissəsi isə Türkiyə Böyük Millət Məclisində keçiriləcək.

Yerli vaxtla saat 08:00-də Süleyman Dəmirəlin cənazəsi evinə gətirilib. Parlamentdə Süleyman Dəmirəl üçün dövlət mərasimi təşkil ediləcək.

Cənazə daha sonra Kocatepe Məscidinə aparılacaq. Cümə namazından sonra cənazə namazı qılınacaq. Dəmirəlin cənazəsi saat 15:00-da Esenboğa hava limanından dəfn olunması üçün İspartaya göndəriləcək.






Açar sözlər:

Oxunub: 974