Sarışın gözəlin sürgündə başına gələn DƏHŞƏTLƏR (VİDEO)


02:12     23 İyun 2015 surgun%20sonka.jpg

Femida.az “Qanuni oğru”lar layihəsini davam etdirir.


Bu gün təqdim edəcəyimiz əfsanəvi oğru “Zalataya ruçka” ləqəbli Sonkadır.

Həyat hekayəti...

1846–cı il soyuq qış gecələrində Varşavada Pavonsk vilayətində bir qız uşağı dünyaya gəlir. Anadan olanda ağlamaq uşaqların adətidir. Ancaq bu uşaq uzun müddət dayanmadan ağlayır. Atası müqəddəs Sofiyanın şərəfinə onu Sofiya adlandırır. Bu uşaq gələcəyin tanınmış qanuni oğrusu “ zalataya ruçka” kimi tanınan Sonkadır.

Oğru dünyasında “Zalataya ruçka” kimi tanınam bu qadının əsl adı Sofiya Blunşteyn olub. Əslən Polşadan olan Sonka daha çox Rusiyada məşhur idi. Uşaqlıq illərindən gözəlliyi və qiymətli daş-qaşları çox sevirdi. Ailəsi o qədər də imkanlı olmadığından Sonkanın arzularını həyata keçirmək asan olmurdu.Uşaqlıq illərində Sonka zərgər mağazalarına həsədlə baxardı.Yeganə arzusu çoxlu zinət əşyalarına sahib olmaq idi. Onun şəxsiyyəti və xarici görünüşü sənədlərdə bu cür təsvir olunur. Boyu 1m 53 sm, yastı burun, yumru sifət sağ yanağında ziyil olan kürən bir qadın.



Sonkada teatr aktrisalarında olan istedad var idi.

O, özü deyərdi:

” Həyatım bir tamaşadır, mən də onu oynayan aktrisa.”

Doğurdan da belə oldu. Tale onu qurduğu tamaşada baş rolda oynamağa məcbur etdi. Gənc yaşlarında valideyinlərinin təkidi ilə onu yaşca özündən böyük imkanlı bir kişiyə ərə verirlər.Təbii ki, bu evlilik onun ürəyincə deyildi. Çünki, Sonka ömrü boyu azad qadın olaraq yaşamaq istəyirdi. O, arzusuna çatmaqda iddialı idi. Buna görə də onun evliliyi cəmi 1 il çəkdi.Gecənin bir yarısı Sonka ərinə məxsus pulları və qiymətli əşyaları götürüb evdən qaçır.O, sonralar bu haqda bunları söyləyir:” Mən demişdim axı, həyat bir oyundur.Mən də onun qəhrəmanı.” Bu hadisədən sonra oğru aləminin əfsanəvi qadını parlamağa başlayır.Onu digərlərindən fərqli edən gözəlliyi və yüksək aktrisalıq bacarığı idi.O, ssenarini qabaqcadan yazır və o rolu da oynayırdı.

İlk qarətin planı hazırdı...

Soyuq və şaxtalı bir qış gecəsi. Sonka yenə buz bağlamış pəncərənin qarşısında dayanıb, tamaşa edir.O, həyata keçirəcəyi növbəti qarətin maketini cızır. Artıq plan hazırdır.Bu onu bütün ölkədə məşhur edəcək. Səhər açılır. Sonka kübar qadınlara xas olan bir geyimdə evdən çıxır və mərkəzi univermağa doğru gedir. Küçədə və ətrafda olan insanlar onun hansısa bir zadəgan olduğunu düşünürlər. Həqiqətən də mənzərə o cürdü.Artıq univermağa çatır və əvvəlcədən qurduğu tamaşanı oynamağa başlayır.Ən qiymətli daşlara və zinət əşyalarına nəzər salır. Ətrafdakılar və zərgərlər onun gözəlliyinə və qiymətli əşyaları məharətlə seçə bilməsinə heyran qalırlar. Bu zaman Sonka pul kisəsini maşında unutduğunu deyir. Seçdiyi bahalı əşyaları özü ilə götürüb, oranı tərk edir. Heç kimin ağlına belə gəlmir ki, kübar qiyafəsində olan bu qadın, əslində kriminal aləmin “Zalataya ruçka” ləqəbli qadın oğrusu Sonkadır.

Bu hadisədən sonra onun haqqında əfsanələr formalaşır. Hətta mətbuat səhifələrində bu qadın haqqında müxtəlif başlıqlı manşetlər yayılır. Onu “əfsanəvi oğru”, “Zalataya ruçka”, “qızılların qənimi” və s.kimi adlarla təqdim edirlər.Bu səs-küylü qarət hadisəsindən sonra o “Zalayata ruçka” ləqəbini götürür. Lakin bütün bunlar ona heç də asan başa gəlmir. Sonka hər zaman təhlükədədir. Sonka bir gün Moskvada bir qrup oğlan onu döyülür. Hətta ciddi zədələr də alır. Buna baxmayaraq O, heç nədən qorxmur. Qarşısına daha qabaqcıl məqsəd qoyur. Bankları qarət etməyi. Bu gün oğru aləminin işlətdiyi “obşak” sözü məhz Sonka ilə bağlıdır.

Qeyri-adi oğurluq səhnəsi...

Onu fərqli edən məqamlardan biri etdiyi qarətlərin bir teatr səhnəsi kimi təqdim etməyi idi.Bir dəfə Sonka çiynində meymun zərgərlik mağazısına daxil olur.Meymun heç də təsadüfi seçilməmişdi.Məqsəd zərgərlərin fikrini yayındırmaq və qarət idi. Əlbəttə O, istəyinə nail olur,özü də çox maraqlı və qeyri-adi yolla.Sonka zərgərlik dükanında xırda qızılları meymuna yedizdirir.Təbii ki, bu heç kimin ağlına gələn bir şey deyil. Daha sonra onu xüsusi vasitə ilə meymunun bədənindən çıxarır.

Əfsanəvi qadın oğrunun ilk evlilik həyatı...

Kriminal aləmin əfsanəsi kişilərə o qədər də maraq göstərməyib. Həyatında cəmi bir dəfə bir zabit onun diqqətini cəlb edir. Mixayıl adlı gənc oğlan ilk anlar Sonka ilə ciddi münasibətdən çəkinsə də, sonralar onlar evlənirlər. Hətta iki qız övladları da olur. Sonkanın xoşbəxt həyatı heç də uzun müddət davam etmir. Əri Mixayıl həbs olunandan sonra o, çıxalmaz vəziyyətdə qalır və yenidən oğru dünyasını seçir. Ancaq bu çox təhlükəli bir seçim idi. Qızları hətta oğru analarından imtina da edirlər. Sonka həmin illərdə övladlarını tanışı olan qadının yanında qoyub Odessaya gedir. Çünki, Odessa o illərdə cinayət aləminin mərkəzi hesab olunurdu. Orada fəaliyyəöt göstərmək də asan idi.

O, burada düşünülmüş və qeyri-adi bir oğurluq həyata keçirir. Plana uyğun olaraq zərgərin yanına gəlir və tanınmış psixiatrın arvadı olduğunu söyləyir. Adətinə uyğun olaraq, ən bahalı daş-qaşları seçdikdən sonra, pulu ərinin ödəməli olduğunu deyir və psixiatrın iş ünvanını zərgərə deyir. Zərgər qızılların pulunu almaq üçün psixiatrın kabinetinə gəlir və pulları ondan tələb edəndə, onun ruhi xəstə olduğunu zənn edib palataya salırlar. Sonradan psixiatrın əsl həyat yoldaşı hadisəni eşidib palataya gəlir.Zərgər onun aldadıldığını başa düşür və bunun qarət olduğunu anlayır. Elə oradaca ürəyi dayanır.


Sonkanın ilk məhbəs illəri...

Bu hadisədən sonra Sonka axtarışa verilir və həbs edilir.Qarşıda onu həyatının ən ağır illəri,Saxalinə sürgün gözləyir. Gənc və gözəl qadının sürgün həyatı ölümə bərabər olur. Oradan xilas olmaq mümkün deyil. Buna baxmayaraq Sonka yenə düşünür və xilas üçün planlar cızır. Şaxtalı qış gecəsində sürgündən qaçmağı qərara alır. Gecə uzunu dayanmadan qarlı meşə ilə uzun yol gedir.Ancaq səhər açılanda görür ki, o sadəcə “ölüm düşərgəsi”nin ətrafında qaçıb.Nəzarətçilər onu halsız vəziyyətdə tapır və geri qaytarırlar. Bu Sonkaya çox ağır başa gəlir.Onu 50 dəyənək cəzası və 3 illik təkadamlıq kars gözləyir. Saxalin karsı o illərdə ən ağır şəraiti olan cəza üsulu idi.Bir gün Anton Çexov Saxalin düşərgəsinə səfər edərkən,onu Sonka ilə görüşdürülər.Həmin illərin fotosu bü gün də illərdən xatirə olaraq qalır. Sonkanın ölüm düşərgəsindən necə xilas olması hələ də aydın deyil.



Əfsanəvi Sonkanın son illəri...

O ömrünün son illərini Moskvada qızının yanında keçirir. Düzdür, övladı onun etdiyi əməllərdən utansa da, buna baxmayaraq, anasına olan borcunu geri qaytarır. Oğru dünyasının əfsanəvi qadını elə ad günü tarixində vəfat edir. Onun qəbri Moskvada Vaqankovski qəbiristanlığında, birinci sıradadır. Ölümündən sonra əfsanəvi Sonkanın abidəsi ucaldılıb.






Miri Məcidli
Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 17667


Oxşar xəbərlər