Rusiyada 2 azərbaycanlıya ömürlük həbs verildi


18:12     18 May 2016 polis%20rus.jpg

Rusiyanın Vladimir vilayət məhkəməsi iki azərbaycanlı barəsində ömürlük həbs qərarı çıxarıb.


Femida.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Azad Məmmədov və Cəfər Mirzəyev bir neçə qətldə, dələduzluqda, qeyri-qanuni mənzil ələ keçirməkdə ittiham olunurlar.

Məlumata əsasən 2009-cu ildə Azad Məmmədov cinayətkar dəstə yaradaraq 4 il ərzində çoxsaylı qətl və mənzil mənimsəmələri törətməsi məhkəmə tərəfindən sübuta yetirilib. Onun qurbanları əsasən kasıblar, xəstələr, əyyaşlar olub.

Məhkəmə dəstənin digər üzvləri Həmid Cahangirov, Saidmahmud Abrorov, Yelena Yakimova, Mariya Razumova, İrina Kritskaya, İbrahim və Elçin Məmmədov barəsində 4 ildən 17 ilədək hökm çıxarıb.

Femida.az

Açar sözlər:

Oxunub: 767