Məşhur rus politoloqdan “soyqırım”a - Şok cavab


18:17     15 Aprel 2015 yepp.jpg

“Türklər ermənilərə qarşı soyqırım törətməyiblər”.

Femida.az Axar.az-a istinadən bildirir ki, bu açıqlama ilə rusiyalı politoloq Andrey Yepifançev öz Feysbuk səhifəsində çıxış edib.

Onun sözlərinə görə, ermənilərin də türklərə qarşı etdiklərinə göz yummaq lazım deyil:

“Ermənilərə qarşı hərəkət cinayət, deportasiya və sairə ola bilər, amma onu bir neçə səbəbə görə soyqırım adlandırmaq olmaz.

Ermənilər fəlakətdən öncəki tarixə baxmır və öz üzərilərinə türklərin qəzəbini cəlb etmək üçün nələr etdiklərini göstərmirlər. Onlar çox və həddindən çox şey ediblər. Türklərin həqiqətən də ermənilərə qarşı repressiya həyata keçirmək üçün səbəbləri var idi. Onun bizim dövrün normalarına cavab verməsi başqa məsələdir. O zaman humanizm normaları tamam başqa idi və indiki kimi “genosid” termini yox idi. Təkcə türklərin ermənilərə qarşı repressiyalarından tutub ermənilərin türklərə qarşı etdiklərinə göz yummaq lazım deyil. Van üsyanı zamanı Vandakı türklərin qırğınını yada salaq. Türklərin genosid etdiyini hesab ediriksə, o zaman gəlin ermənilərə qarşıda eyni normaları tətbiq edək. Həmin an ermənilərin də fəaliyyətini eyni sözlərlə ifadə etmək lazımdır”.

Yepifançev türklərin əleyhinə üsyan qaldırmayan heç bir erməninin öldürülmədiyini deyib:

“Türklərin törətdiyi deyilən cinayətdə hüquqi normalar baxımından soyqırım kəlməsini xarakterizə edən əsas nüans yoxdur. Bu norma xalqın məhv edilməsi niyyətidir. Türklər çoxlarını öldürərək qisas aldılar və sonra kütləvi şəkildə erməniləri ön cəbhədən köçürdülər. Çünki əks təqdirdə burada ermənilər hücum edəcək rus döyüşçülərinə yardım edə bilərdilər. Amma türklər xalqı məhv etmədilər. Deportasiya məhv demək deyil. Bundan əlavə, insanları məhv etməmək üçün hərdən deportasiya edirlər. Türklər həmçinin üsyan qaldırmayan, türkləri öldürməyən, partizan dəstələri yaratmayan və rusların gəlişini gözləməyən ermənilərin məskunlaşdığı yerlərdə, ümumiyyətlə, heç kimi öldürməyiblər. 70 min erməninin məskunlaşdığı İstanbuldan türklər yalnız 3 min etibarsız ermənini köçürdülər. Yerdə qalanlara isə heç nə olmadı”.

Politoloq “soyqırım” ətrafında baş verənlərin siyasət olduğunu vurğulayıb:

“Bunlardan başqa olan hər şey siyasətdir. Hansı ölkəyə baş verənləri soyqırım kimi tanımaq sərfəlidirsə, o bunu edir. Kimə sərfəli deyilsə, onlar tanımırlar. Fransada güclü erməni diasporu var. O, basqılar edir və bunu tanıyırlar. Başqa ölkələrdə yoxdur və soyqırımı tanımırlar. Ermənilərlə bərabər yunanlar və suryanilər də çalışdılar, amma onların belə diasporu yoxdur və ona görə də soyqırımlarını tanımırlar. Mən heç kimin xətrinə dəymək istəmirəm. Bu, tamamilə obyektiv baxışdır. Mən olanların dəhşətli cinayət olduğunu və bunun heç vaxt təkrar olunmamasını qəbul edirəm, amma gəlin bir az obyektiv olaq. Bu, soyqırım deyil”.

Femida.az

Açar sözlər:

Oxunub: 1018