Kilsədə 9 nəfəri öldürən şəxs tutuldu


21:59     19 İyun 2015 charleston-shooting.jpg

ABŞ-da afro-amerikanlıların kilsəsinə daxil olaraq 9 nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.


Femida.az-ın məlumatına görə, polis 21 yaşlı kaliforniyalı Dylann Roofu Şimali Karolina ştatında tutub.

Hadisə iyunun 18-də səhər saatlarında Şimali Karolina ştatının Çarlston şəhərində baş verib. Gənc kilsəyə silahlı basqın edib, nəticədə 6 qadın, 3 kişi ölüb. Ölənlər arasında kilsənin pastoru və Şimali Karolinanın senatı Reverend Clementa Pinckney də var. Qətlin irqi nifrət zəminində baş verdiyi ehtimal olunur.

ABŞ prezidenti Barak Obama bu hadisəni pisləyib və baş verənlərlə bağlı təəssüfləndiyini söyləyib.

Açar sözlər:

Oxunub: 763


Oxşar xəbərlər