Şairin evini yardılar


15:30     19 May 2016 sehriyar.jpg

Azərbaycanlı gənc yazar Şəhriyar Del Geraninin mənzilində oğurluq hadisəsi baş verib.


Femida.az bu barədə yazar feysbukda yazıb.

Onun sözlərinə görə, oğrular yazara məxsus kompüteri aparıblar: "Evə çatıb nə görsəm yaxşıdı? Pəncərənin "raşotka"sını divardan ayırıb giriblər evə. Evi "şumon" ediblər, amma, heç nəyi aparmayıblar, bircə kompüterimi götürüblər. Düzü, elə qiymətli əşyalarım filan da yoxdur aparılası. Qol saatlarım, gitara, bir neçə suvenirlər-filan. Guya kompüterin nə qiyməti var? 150-200 manata sata-satmaya. Amma onun içində nə qədər mətnlər, qeydlər, çap olunmamış şeirlər, hekayələr vardı. O nadan nə bilsin mənə hansı ağır, hansı sarsıdıcı zərbəni vurub? Heç bilmirəm ərazi polisi tapacaqmı, tapmayacaqmı? Tapılsa belə o kompüter salamat olacaqmı, olmayacaqmı? Elə indicə ərazi polisləri gəlib ilkin baxış keçirdilər. Sabah görək nə olur..."

Femida.az

Açar sözlər:

Oxunub: 1094