"Coca-cola"ya dərman qatıb damarına vurdu - Yenilənib


20:58     19 May 2016 koko%20kola.jpg

Ağcabədi rayonunda "Coca-cola" içkisindən zəhərlənərək baş verən ölüm hadisəsinə Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən münasibət bildirilib.


Femida.az xəbər verir ki, Mərkəzin şöbə müdiri İmran Abdullayev modern.az saytına açıqlamasında bildirib ki, ilkin məlumata görə, Ağabəyli kəndində yaşayan Xocavənd rayon sakini Murad Nəsirov içkinin içərisinə dərman ataraq öz venasına vurub.

"Bu, içkini qəbul etməklə başa gələn ölüm hadisəsi deyil. Onun zəhərləyici komponenti yoxdur. İlkin məlumata görə, cavan oğlan kiməsə hirslənib narazılığı olub, "Coca cola"nın içərisinə dərman atıb və sonra onu da damarına vurub. Rayon şöbəsindən verilən ilkin məlumata görə, mayeni damarına vurub".

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidməti sözügedən şəxsin məhz "Coca cola"dan zəhərləndiyi ilə bağlı məlumat yaymışdı.

----------

"Yarımçıq qalan "Coca-cola”nı yenidən üç gündən sonra içib...."
Azərbaycanda "Coca-cola” içkisindən zəhərlərək ölən Murad Nəsirovla bağlı istintaq başlayıb.

Femida.az xəbər verir ki, bu barədə işin istintaqını aparan müstəntiq Asim Yusifov bildirib. O hadisənin ilkin səbəblərini açıqlayıb: "Mərhum 1993-cü il təvəllüdlü Nəsirov Murad Əfqan oğlu dünən dünyasın dəyişib. İlkin məlumata görə, Murad Nəsirov zəhərlənməmişdən üç gün əvvəl Coca-cola” içkisi alıb. Suyu yarımçıq içim avtomobildə qoyub. Üç gündən sonra yenidən yarımçıq qalan suyu içib və bundan sonra zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Hazırda ekspertiza təyin olunub və bunun nəticəsindən sonra mərhumun konkret nə səbəbdən ölümü bilinəcək".

Xatırladaq ki, bir neçə saat bundan əvvəl Daxili İşlər Nazirliyi bu barədə məlumat yayıb. Məlumatda bildirilir ki, mayın 17-də Ağcabədi rayonunun Ağabəyli kəndində yaşayan Xocavənd rayon sakini Murad Nəsirov "Coca-cola” içkisindən zəhərlənmə ilə xəstəxanaya gətirilib və mayın 18-də orada ölüb./unikal.org/

Femida.az

Açar sözlər:

Oxunub: 2765


Oxşar xəbərlər