Təyyarəyə terror hücumunun olması ehtimalı var – Nazir


22:03     19 May 2016 egupt.jpg

Misir Mülki Aviasiya Nazirliyi "EgyptAir" aviaşirkətinə məxsus "A320" təyyarəsinin radarlardan itməsi hadisəsində terror aktının törədilməsi versiyasını nəzərdən keçirir.


Femida.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Misirin mülki aviasiya naziri Şərif Fəthi mətbuat konfransında məlumat verib.

Nazir bildirib ki, təyyarənin terror hücumu nəticəsində vurulması ehtimalı hansısa texniki qüsurun olmasından daha çoxdur.
O, təyyarənin bütün zəruri yoxlamalardan keçdiyini də bildirib.

Xatırladaq ki, Misirin "EgyptAir" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Parisdən Qahirəyə uçuş həyata keçirən zaman radar ekranlarından itib. Təyyarənin göyərtəsində 66 sərnişin və ekipaj üzvləri olub.

Açar sözlər:

Oxunub: 939