Ramil Usubov sabah iclas keçirəcək


18:22     15 Aprel 2015 ramil.jpg

Dünən məzuniyyətdən qayıdan Daxili işlər naziri, general-polkovnik Ramil Usubov aprelin 16-na iclas təyin edib.

Femida.az Qafqazinfo-ya istinadla bildirir ki, nazirin göstərişi ilə kollegiyada DİN rəhbərliyində təmsil olunan bütün şəxslər iştirak edəcək.

Kollegiyada Bakı Avropa Oyunları zamanı paytaxtda kriminogen duruma nəzarət və təhlükəsizliyin təmin olunması ilə bağlı məsələ müzakirə olunacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 619