Nazir vətəndaşlarla görüşüb -RAYONLARDA


02:00     20 İyun 2015 1374644000_img_3446_640.jpg

Bu gün rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Yevlax şəhərində Bərdə, Tərtər, Ağdam və Xocalı rayonlarından olan vətəndaşları qəbul edib.


Femida.az nazirliyin məlumatına istinadən bildirir ki, qəbulda vətəndaşlar əsasən işlə təmin olunmaq, bir sıra yerlərdə, xüsusən ucqar yaşayış məntəqələrində telefon rabitəsinin, habelə internet və poçt xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Məlumatda qeyd olunub ki, qaldırılan məsələlərin əksəriyyəti yerində həllini tapıb. Araşdırılmaya ehtiyac olan bəzi müraciətlər isə qeydiyyata götürülüb. Onların operativ həlli üçün nazirliyin müvafiq struktur rəhbərlərinə konkret tapşırıqlar verilib.

Açar sözlər:

Oxunub: 791