Dövlət qurumlarının nə qədər borcu var?- Açıqlama
18:42 15 Aprel 2015
İri vergi ödəyicilərindən- "Azərenerji" ASC-nin, "Azərbaycan Dəmir Yolları" QSC-nin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, "Azərsu" SC-nin, "Azərbaycan Hava Yolları"nın (AZAL), Xəzər Dəniz Gəmiçiliyinin və Bakı Metropoliteninin dövlət büdcəsinə 2.2 milyard manat civarında borcu olması haqda xəbərə Vergilər Nazirliyi aydınlıq gətirib.
Femida.az xəbər verir ki, Bizim Yol qəzetinin bununla bağlı Vergilər Nazirliyinə ünvanladığı sorğuya adıçəkilən qurum belə cavab verib: “İri vergi ödəyicilərinin dövlət büdcəsinə olan borcları ilə bağlı bildiririk ki, dövlət büdcəsinə vergi borclarının yaranması və ləğv edilməsi mütəmadi olaraq davam edən bir prosesdir. Belə ki, müvafiq hesabat dövrlərində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə hesablamalar verilir, o cümlədən vergi orqanları qanunda nəzərdə tutulmuş hallarda və qaydada vergi ödəyicilərinə əlavə vergilər hesablayır və sonradan hesablanmış vergilərin dövlət büdcəsinə alınması üçün qanunamüvafiq tədbirlər görür. Hesablanmış vergilər dövlət büdcəsinə vaxtında ödənilmədikdə vergi borcları yaranır.
İri vergi ödəyicilərinin dövlət büdcəsi qarşısında borclarının məbləği ilə bağlı nəzərinizə çatdırırıq ki, mətbuat orqanlarında göstərilmiş məbləğlər reallıqdan çox uzaqdır. Həmin vergi ödəyicilərindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin, Bakı Metropoliteninin, “Azərbaycan Dəmir Yolları”, “Azərbaycan Hava Yolları” QSC-lərin 01.04.2015-ci il tarixinə dövlət büdcəsinə ümumiyyətlə vergi borcları olmamışdır. Yalnız “Azərenerji” və “Azərsu” ASC-lərinin dövlət büdcəsinə böyük məbləğdə vergi borcları yaranmışdır ki, hazırda onların ödənilməsi ilə bağlı qanunamüvafiq tədbirlər görülür.
“Azərişıq” ASC yaradılması ilə bağlı işlər davam etdirildiyindən və o hələ vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmadığından, həmin cəmiyyətin vergi borclarından söhbət gedə bilməz. Əlavə olaraq diqqətinizə çatdırırıq ki, “Bakıelektrikşəbəkə” ASC-nin də 01.04.2015-ci il tarixə dövlət büdcəsinə vergi borcu olmamışdır”.
Oxunub: 1532
Oxşar xəbərlər
- Dövlət obyektləri internetdə satılacaq
- Dövlət bağçaları ilə bağlı yeni qaydalar təsdiqləndi
- Dövlət Agentliyinin rəhbərliyi formalaşdırıldı
- Dövlət başçıları İlham Əliyevi təbrik edir
- Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlandı
- Dövlət qulluğunda işləmək şansı - Vakant vəzifələr
- Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə - İMTAHAN OLACAQ
- Dövlət sərhədini pozan 503 nəfər saxlanılıb
- Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə - VƏZİFƏLƏR
- Dövlət Xidmətindən fermerlərə - Xəbərdarlıq