Baş nazir Aydın Mirzəzadəyə nədən razılıq edib?


16:44     20 İyun 2015 32o93066jPX0.jpg

“Çernoqoriyanın Baş naziri Azərbaycanla dostluğa xüsusi əhəmiyyət verdiyini, Prezident İlham Əliyevlə yaxın dost olduğunu qeyd etdi”.

Femida.az xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə şəxsi “Facebook” səhifəsində yazıb. Dünən Çernoqoriya respublikasının rəsmiləri ilə bir araya gələn deputat görüşlə bağlı təəssüratlarını bölüşüb:

“Həmkarım İlham Məmmədovla Çernoqoriya respublikasının Baş naziri, Sosialistlərin Demokratik Partiyasının sədri Mili Cukanoviçlə görüşdük. Azərbaycanda Çernoqoriyanın tanındığını, bu ölkəyə turist marağının artdığını qeyd etdik. Baş naziri Azərbaycanda gedən böyük quruculuq işləri və Ermənistanın Azərbaycana təcavüzünün nəticələri barədə məlumatlandırdıq”.

Həmçinin Aydın Mirzəzadə I Avropa Oyunlarında Çernoqoriya nümayəndəsi Marina Rakoviçin karate üzrə bürünc medal alması münasibətilə də baş naziri təbrik etdiyini bildirib:

“O, Azərbaycanla dostluğa xüsusi əhəmiyyət verdiyini, cənab Prezident İlham Əliyevlə yaxın dost olduğunu qeyd etdi. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı böyük uğurlardan və Bakıda keçirilən I Avropa Oyunlarının açılışından Çernoqoriyanın Prezidenti Filip Vuyanoviçin böyük təəssüratlarla qayıtdığını, eyni zamanda, Oyunlardakı uğurlarımızdan xəbərdar olduğunu da bildirdi”.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 1068