Naxçıvan sakini Bakıda öldü


16:39     23 May 2016 1436105092_1433932210_gencede-piyadanin-olumu-ile-neticelenen-yol-qezasi-bash-verib%20(1)6.jpg

Mayın 22-də gecə saatlarında Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindəndən Femida.az-a verilən məlumata görə, Naxçıvan şəhər sakini İbrahim Məmmədov idarə etdiyi “Hunday” markalı avtomobili yolun kənarındakı işıq dirəyinə vurub.

Nəticədə İ.Məmmədovun sərnişinlərindən 25-30 yaşlı kişi hadisə yerində ölüb, özü və digər 1 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Nizami RPİ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 652