Gəlini ilə birləşib oğlunu doğrayan kişi - MƏHKƏMƏDƏ


17:32     23 May 2016 1398947325_mehkeme3.jpg

15 il əvvəl qətl törətməkdə təqsirləndirilən Həsrət Əliyev və onun gəlini Yeganə Ərəbova barələrində olan hökmdən apellyasiya şikayəti veriblər.


Femida.az APA-ya istinadən xəbər verir ki, onların barələrində bəraət hökmünün çıxarılması barədə apellyasiya şikayəti ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət ediblər. Yaxın günlərdə şikayətə baxılacaq.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H. Əliyev 14 il, Y. Ərəbova 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, Quba rayon sakini, 1976-cı il təvəllüdlü Ərəbova Yeganə Mayıl qızı və onun qayınatası Həsrət Əliyev ötən il tutulublar. İttihama görə, Həsrət Əliyev gəlini ilə birgə 2001-ci ildə oğlu Elman Əliyevi qətlə yetirərək, doğrayıblar və yaşadıqları evin həyətindəki ayaqyolu quyusuna atıblar.

H. Əliyevin 85 yaşı var.

Açar sözlər:

Oxunub: 2523