Traktor kişinin hər iki ayağını kəsdi- MASALLIDA


18:02     23 May 2016 600@0%20(42)0.jpg

Masallı rayon sakini bədbəxt hadisə ilə üzləşib.


Rayonun Polis İdarəsindən verilən məlumata görə, Xallıcalı kəndində kənd sakini 30 yaşlı Teymur Mirzəyev traktorla ot presləri bağlayarkən texnikada nasazlıq yaranıb. O, traktoru işlək vəziyyətdə qoyub texnikadakı nasazlığı aradan qaldırmaq üçün pres bağlayan aparatın üzərində işləməyə başlayıb. Elə bu vaxt texnika hərəkətə başlayıb və onun ayağı aparatın dişlərinin arasında qalıb.

Hər iki ayağından ciddi xəsarət alan T. Mirzəyev dərhal xəstəxanaya aparılıb. Həkimlər onun hər iki ayağının amputasiya olunmasına qərar veriblər və 30 yaşlı kişinin ayaqları kəsilib.

Faktla bağlı Masallı Rayon Polis İdarəsində araşdırma aparılır. (Anspress)

Açar sözlər:

Oxunub: 1725