İsveçdə Xocalı soyqırımı tanıdıldı


18:56     15 Aprel 2015 aygunettar55.png

Türkiyənin Giresun universitetinin rektoru Aygün Əttar və israilli jurnalist Ariya Gud
İsveçdə tədbir təşkil edib. Tədbirin məqsədi Xocalı soyqırımını Avropada tanıtmaq olub.

İsveçdə yaşayan bir neçə azərbaycanlı aktivist, Türkiyə Federasiyasının nümayəndəsi, MHP İsveç qurumunun başqanı və üzvləri, Türkiyə səfirliyinin bir əməkdaşı və Azərbaycandan gedən nümayəndə heyəti tədbirə qatılıb. Tədbirin sponsoru THE EUROPEAN AZERBAİJAN SOCİETY təşkilatı olub.

Təəssüf ki, məlum olmayan məbləğ hesabına təşkil edilmiş tədbirdə isveçli gözə dəyməyib. Xocalı soyqırımı Türkiyədən dəvət olunan qonaqlara və İsveçdə yaşayan azərbaycanlılara tanıdılıb.

Günay Arda
Femida.az

Açar sözlər:

Oxunub: 757