Zaqatalada dələduz qrup zərərsizləşdirilib


19:20     23 May 2016 ogrular-hebs.jpg

Zaqatalada vətəndaşlara qarşı dələduzluq edən qrup zərərsizləşdirilib.


Femida.az xəbər verir ki, Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayon sakinləri Kərim Qaziyevin, Məmməd Mülkümovun və Ramazan Çobanzadə polisə şikayət edərək, Natiq Muradov və Arzu Alırzayevin onları aldatdıqlarını bildiriblər. Şikayətçilərin bu yolla 42 min manat pullarının mənimsənməsinə dair müraciəti əsasında cinayət işi başlanıb.

Həyata keçirilən tədbirlər nəticəsində Arzu Alırzayev və qrupun digər üzvləri Laçın rayon sakinləri Elbrus Xəlilov, Əfqan Təhməzov və Ağdam rayon sakini Mahmud Quliyev tutulublar.

Femida.az

Açar sözlər:

Oxunub: 887