812 nəfər insan alverinin qurbanı olub


20:22     23 May 2016 insan%20alveri.jpg

“Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqlarının, respublikanın vətəndaşları üçün layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Ölkəmizdə insan alverinə qarşı kompleks mübarizənin hüquqi müstəvidə aparılmasının ötən 11 ilində bu sahəyə dövlət və hökumət səviyyəsində xüsusi diqqət yetirilib. Bu müddətdə başlıca vəzifələrdən biri insan alveri cinayətlərini hazırlayan və törədən şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilməsi olub”.


Femida.az-ın məlumatına görə, bunu bu gün Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi İlkin Qurbanov KİV nümayəndələri üçün keçirilən seminarda çıxışı zamanı deyib.

Şöbə rəisinin sözlərinə görə, həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə 812 insan alveri və məcburi əmək faktı aşkarlanaraq 440 nəfər cinayət məsuliyyətinə cəlb edilib, 10 mütəşəkkil dəstə, 100-dən artıq cinayətkar qrup zərərsizləşdirilib, insan alverinin qurbanı olan 646 şəxs cəmiyyətə reinteqrasiya olunub: “Görülən nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən hazırlanmış hesabat və rəylərdə əksini tapıb, eləcə də ölkəmizin qoşulduğu beynəlxalq sənədlərdən irəli gələn öhdəliklərin icrası müsbət dəyərləndirilib”.

Açar sözlər:

Oxunub: 1144


Oxşar xəbərlər