Erməni qəzeti Leyla Yunusa dəstək verdi - TÜRKİYƏDƏ


18:24     20 İyun 2015 11642039_835978206479315_1310648683_o5.jpg

Türkiyədə çap olunan erməni qəzeti “Aqos” Azərbaycanda keçirilən Avropa Oyunları ilə bağlı qərəzli yazı dərc edib.

Məlumat üçün qeyd edək ki, “Aqos” qəzeti 1996-cı ildə Hrant Dink tərəfindən yaradılıb.



Hrant Dink 2007-ci ildə İstanbulda sui-qəsd nəticəsində öldürülmüşdü.

Azərbaycanın sürətli inkişafı və ilk Avropa Olimpiya Oyunlarının ölkəmizdə təşkil olunması erməni mediasını qıcıqlandırıb.

Yazı başdan sona böhtanlarla doludur. Azərbaycandakı mövcud inkişafı gözü götürməyən mətbu orqanı guya bu yarışlara 10 milyard dollar vəsaitin xərcləndiyini vurğulayır. Bu iddianın tamamilə yanlış olduğu isə hər kəsə məlumdur.

Belə ki, Gənclər və İdman naziri Azad Rəhimov çəkilən bütün xərcləri ictimaiyyətə çatdırıb. Onun sözlərinə görə oyunlara bütövlükdə 960 milyon manat vəsait xərclənib. Nazir bildirib ki, futbol stadionuna 500 milyon, su idmanı növləri sarayına 200 milyon, atıcılıq mərkəzinə 110 milyon, Heydər Əliyev adına İdman Kompleksi və Bulvar Arenaya 50 milyon manat, Avropa Parkına isə 100 milyon manat vəsait xərclənib.

Angela Merkelin açılışa gəlməməsinə toxunulub...

Qəzet dərc etdiyi yazıda Almaniyanın Baş naziri Angela Merkel və digər alman siyasət xadimlərinin oyunların açılışına gəlməməsi də bildirilib. “Aqos” qəzeti bu faktın siyasi motivlərdən qaynaqlandığını yazıb.

Əslində Alamaniya siyasət xadimləri yarışların açılışında iştirak etməməklə öz qərəzli mövqelərini ortaya qoydular və idman yarışlarına siyasi don geydirdilər.
İdman gözəllik, gənclik və sevinc simvoludur. Azərbaycan isə möhtəşəm açılış mərasimi ilə dünya ictimaiyyətini heyrətə gətirdi və dünyaya dostluq, bərabərlik şüarını yaydı.

Leyla Yunusa dəstək...

Maraqlısı ondan ibarətdir ki, qəzetdə Leyla Yunus və digər “siyasi dustaqlar” la bağlı məsələyə də toxunulub. Qəzetin dərc etdiyi yazıda Leyla Yunusun həbsinin insan hüquqlarının pozuntusu faktı kimi dəyərləndirib.



Daxildəki mənfi qüvvələr Leyla Yunusun erməni əlaqələrini inkar etməyə çalışsa da, qarşı tərəf bu əlaqələri gizlətməyə lüzum görmür.

Qeyd edək ki, Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq), 213-cü (vergidən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq), təqsirli bilinərək barəsində həbs qəti-imkan tədbiri seçilib. Həyat yoldaşı Arif Yunus isə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq) maddələri ilə təqsirləndirilir.

Leyla Yunusun Ermənistan dövlət nümayəndələri ilə tez-tez göruşlər keçirməsi, Azərbaycanın əleyhinə fəaliyyət göstərən müxtəlif beynəlxalq təşkilatlardan tez-tez yüksək məbləğdə qrantlar alması məlum olub.

Qəzet sonda Azərbaycanın 2017-ci ildə İslam Həmrəylik Oyunlarına və 2020-də təşkil olunacaq Avropa Futbol Çempionatının 4 oyununa ev sahibliyi edəcəyini də qeyd edib.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1752