Qaxda iki uşaq atası itkin düşüb - FOTO


22:33     23 May 2016 itkin9.PNG

Qax rayonunun 30 yaşlı sakini itkin düşüb.


Bu barədə "Report"un Şəki-Zaqatala bürosunun müxbirinə Qax Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib.
Qax şəhəri, Azərbaycan prospekti ev 73 ünvanında yaşayan 1986-cı il təvəllüdlü Əhməd Şükür oğlu Qabulov ötən gecə evdən çıxıb və qayıtmayıb.
Onun ailə üzvlərinin sözlərinə görə, Əhməd Qabulov gecə 2 radələrində evdən çıxıb və geri qayıtmayıb: "Dünəndən etibarən onun harada olduğu məlum deyil. Əhməd Şükürovun əlamətləri-arıq bədən quruluşlu, boyu 167 santimetr, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxarkən əynində boz pencək, boz köynək, qara şalvar və qara rəngli boğazlı çəkmə olub".
Onu görənlərdən Qax RPŞ-ə ilə əlaqə saxlamaları xahiş olunur. Tel: (024) 255-23-52

Qeyd edək ki, Ə.Qabulovun iki azyaşlı övladı var.

Açar sözlər:

Oxunub: 1597