67 yaşlı kişi damdan yıxıldı və öldü


23:05     23 May 2016 600@0%20(50).jpg

Gəncədə ehtiyatsızlıq 67 yaşlı kişinin həyatı bahasına başa gəlib.


Şəhərin Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, şəhər sakini 1949-cu il təvəllüdlü Həmzə Əmirxanov Mehmandarov küçəsi, ev 97 ünvanındakı evinin həyətindəki yardımçı təsərrüfatın damını təmir edərkən ehtiyatsızlıqdan həyətindəki yardımçı təsərrüfatın damından yerə yıxılıb.

Ağır bədən xəsarətləri alan kişi dərhal şəhərin təcili tibbi yardım xəstəxanasına çatdırılıb. Həkimlərin tibbi yardımına baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. H. Əmirxanov xəstəxanada ölüb.

Daha bir bədbəxt hadisə ötən gün Yevlax rayonunda baş verib. Nəmərli kəndində yaşayan Söhbət Kazımov həyətində elektrik cərəyanı vurması nəticəsində ölüb.

Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 583