İki şəhərdə yanğın olub


13:33     24 May 2016 1431007777_yangin-hadisesi-bash-verib5.jpg

Gecə saatlarında paytaxtda və Sumqayıtda yanğın faktları qeydə alınıb.


Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 77 kv.m olan birmərtəbəli 3 otaqlı evin və bitişik talvarın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur.

Yanğın saat 01:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Sumqayıt şəhərində isə çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 75 kv.m olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Yanğınsöndürənlər tərəfindən binadan 10 nəfər sakin təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 02:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 797