39 yaşlı kişi həmkəndlisini öldürdü


13:46     24 May 2016 bicaqlanma7.PNG

Masallıda qətl törədilib.


Femida.az xəbər verir ki, Rayon Prokurorluğundan apa-ya verilən məlumata görə, rayonun Bədalan kəndində kənd sakini, 1977-ci il təvəllüdlü Afiq Yusubov aralarında yaranmış mübahisə zəminində həmkəndlisi, 1971-ci il təvəllüdlü Əzim Əzimovu bıçaqlayaraq öldürüb. A.Yusubov qətli törətdikdən sonra qaçıb.

Hazırda onun tutulması istiqamətində axtarışlar davam etdirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Açar sözlər:

Oxunub: 833