25 yaşlı oğlan bıçaqlandı - Samuxda


13:58     24 May 2016 bicaqlanma58.jpg

Samuxda bıçaqlanma hadisəsi qeydə alınıb.


Femida.az xəbər verir ki, rayonun Sərkar kənd sakini 1991-ci il təvəllüdlü Müqəddim Musayev mübahisə zəminində bıçaqlanıb. Onu həmkəndlisi, 1994-cü il təvəllüdlü Mövsüm Əliquliyevin bıçaqladığı bildirilir. Xəsarət alan şəxs Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Əməliyyat edilən gəncin vəziyyəti orta-ağır qiymətləndirilir.

Samux rayon Polis Şöbəsindən verilən məlumata görə, cinayəti törədən M. Əliquliyev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 856