Məktəbdəki yanğının səbəbi hələ də bilinmir


18:12     24 May 2016 mekt67.png

Ötən gün yanğın hadisəsi baş verən 95 saylı orta məktəbdə tədris prosesi bərpa olunub.


Bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, dünən yanğın hadisəsi ilə bağlı şagirdlərdə psixoloji gərginlik yarandığı və eyni zamanda məktəbdə təmizlik işlərinin görülməsinə ehtiyac olduğu üçün tədris müvəqqəti dayandırılmışdı. Ancaq bugündən etibarən məktəbdə dərslər bərpa edilib.

btidai siniflərin davamiyyəti ilə bağlı onu qeyd edək ki, 98 faiz şagird məktəbdə olub. Ümumilikdə isə şagirdlərin 95 faizi bu gün dərslərdə iştirak edib”.

Yanğının baş vermə səbəbinə gəlincə, Bakı şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən araşdırma aparılır, hadsənin dəqiq səbəbi araşdırmadan sonra məlum olacaq.

Qeyd edək ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov ötən gün jurnalistlərə açıqlamasında bildirmişdi ki, məktəbdəki yanğının dəqiq səbəbini heç onlarda bilmirlər.

“Yanğının qısa qapanma nəticəsində baş verdiyi bildirlir. Hələlik bu, dəqiq deyil. Hazırda bununla bağlı araşdırma aparılır”.

Xatırladaq ki, dünən Bakının Xətai rayonunda yerləşən Ayaz Məhərrəmov adına 95 saylı orta məktəbdə yanğın baş verib. Yanğınla əlaqədar bütün şagirdlər məktəbi tərk edib və dərslər müvəqqəti dayandırılıb. /azvision.az/

Femida.az

Açar sözlər:

Oxunub: 1153