“Ermənistan gizli silaha malikdir”- İşğalçı ölkənin daha bir cinayəti


18:28     24 May 2016 147f494fb852.jpg

Bu gün Ermənistan özünü beynəlxalq qanunlara məhəl qoymayan işğalçı ölkə kimi aparır.


Düşmənin anti-Azərbaycan planlarını və çağırışlarını ciddiyə almalı və aidiyyatlı beynəlxalq qurumlara məlumat verməliyik. Onları öz üslubları ilə cavablandırmalıyıq. “Erməni sərsəmləməsi” dediyimiz faktlara diqqət yetirək.

Qarabağın işğalının “memarı” hesab edilən general-leytenant A.Ter-Tadevosyan “Lragir”.am (03.05.2016) saytına verdiyi açıqlamada bunları söyləyib: “Ermənistan özünün istifadə etdiyi gizli silaha malikdir.(?!).... Azərbaycan Ermənistanı bombalayarsa ən bahalı və ən önəmli obyektlər supermarketlər olacaq. Bizdə Azərbaycanda olduğu kimi neft mədənləri və boruları yoxdur. Biz də Azərbaycanın neft mədənlərini vura bilərik.”

General daha sonra deyir: “Münaqişə zonasında əməliyyatlara ATƏT-in Minsk qrupu həmsədrləri, ABŞ Rusiya və Fransa imkan verməyəcəklər.” Sanki ermənilər bu təşkilatın öz çirkin əməllərini müdafiə etmək üçün yaradıldığını dəfələrlə bu şəkildə bildiriblər.

“The Jerusalem Post” nəşri İsrail Tədqiqatlar İnsititutu Beynəlxalq Komunukasiyalar üzrə direktoru Mayana Yaffe Hofman öz məqaləsində Ermənistanın sabiq baş naziri Qrant Baqratyanın gələcəkdə qonşu Türkiyə və Azərbaycanın təcavüzdən qorunmaq üçün nüvə silahı yaratmaq çağırışını şərh edib. ( Digər tərəfdən keçmiş baş nazir AES-in tullantılarından Ermənistanın nüvə silahı buraxdığınıda bildirib.)

Baqratyanın bəyanatından bir neçə gün öncə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları Uranium -238 satmaq istəyən (təxmini qiyməti 200 milyon dollar) 3 nəfər Ermənistan və 3 nəfər Gürcüstan vətəndaşını həbs edib. Tert.am (29.04.2016) saytına açıqlama verən sabiq baş nazir Q. Baqratyan atom bombası yaratdıqları barədə məlumat verib. Bu barədə onlarda fakt mövcuddur. İzahı olmayan bir atom yaratma “təşəbbüsü” isə Uranı zənginləşdirmə cəhdinə görə yerlə-yeksan edənlər nədənsə bu faktlara reaksiya belə vermirlər. Faktiki olaraq Metsamor AES-in tullantılarının basdırılması ilə bağlı MEGATTE araşdırmaya başlamalıdır. İşğal olunmuş Ağdərə və Kəlbəcərdə uran yataqlarının olması da sirr deyil. Deməli Ermənistan uran əldə etmiş və onu zənginləşdirməyə cəhd edir. Azərbaycan Xarici İşlər Nazirliyi bu faktların araşdırılması üçün fəaliyyətə keçməlidir. Qarabağı nəzrətsiz əraziyə çevirmək daha çox bu iş üçün lazımdır. Ermənistan hökuməti qanunsuz muzdlu terrorçu dəstələr və hərbi birləşmələr hesabına işğal etdiyi ərazilərin təbii sərvətlərini də talayır.

“İnternational Base Metalls LTD” (Avstraliya) şirkəti 2002-ci ildən Ağdərə qızıl yataqlarını istismar edir.



Ağdərədə fəaliyyət quran Base Metals şirkəti


Heyvalı (Drmbon) qızıl yatağında 13.5 ton, Xatınbəyli- Gülyataq- Orta kənd qızıl yatağında 12.5 ton, Zəngilan rayonu Veynəli qızıl yatağında 6.5 ton olan qızıl ehtiyyatını və Kəlbəcər rayonu ərazisindəki Zod aşırımında qızıl qızıl yataqları artıq tükənmişdir. Üstəlik işğal ərazilərində mülki əhaliyə məxsus bütün əmlak talan edilib. Bu da 1907-ci il Haaqa konvensiyasının pozulması deməkdir. Konvensiyaya görə müharibə aparan tərəf mülki əhaliyə məxsus əmlakın talan edilməsinə yol vermir və yol versə bu əməl hərbi cinayət sayılır. Faktiki olaraq Azərbaycan hökuməti və ordusu Birinci Qarabağ savaşında azad etdiyi Ağdərə bölgəsinin kəndlərində bu konvebsiyaya tam əməl etmişdi. Amma Qarabağdakı işğal zonasında xarabazarı dəfələrlə görmüş xarici ölkə diplomatlarının həmsədr ölkələrin nümayəndələri və jurnalistlərin bu barədə səsləri belə çıxmayıb. Bir daha təkrarlayım ki, sanki bu qurumların vəzifəsi erməni millətçi- terroçuların cinayətlərini pərdələməkdən ibarətdir.

Erməni quldur dəstələrinin bölgədə törətdiyi cinayətlərdən saatlarla yazmaq, danışmaq olar. İnsanlıq adına utanc gətirən bütün pisliklərə qabil olan bu toplum üçün humanizm, bəşəri duyğular deyilən bir hiss yoxdur. Hərbidə mülki əsir və girovlar arasında heç bir fərq qoymayan bir millətin cəzasız qalması bir çox ölkələrdə mənfi tendensiyalara yol açacaqdır. Ermənistan tərəfi 23 ildir ki Azərbaycanın tələblərini qulaqardına vuraraq əsir və girovları danır onları qaytarmaqdan imtina edir. Əsir və İtkin Düşmüş Vətandaşlarla Əlaqədar Gövlət Komitəsinin 1 yanvar 2011-ci il məlumatına görə əsir və girovların sayı 4049 nəfərdir. Ermənistanda saxlanılan əsir və girovlardan 3273 nəfər hərbiçi, 771 nəfəri mülki şəxs, 5 nəfərin isə hərbçi və mülki şəxs olması bilinməyən şəxslərdir.

1 yanvar 2011-ci ilədək 1399 nəfər əsir və girov azad edilib. Əgər yoxdursa bu adamlar hardan azad edilib? Ermənistan rejimi bu əsirlər üzərində qadağan olunmuş ekspermentlər aparıb və onları qul əməyinə cəlb ediblər. Azərbaycanlı əsirlər coğrafi kordinantları 40 dərəcə 14/ 13.94// N, 45dərəcə 58/3. 85// E aralıqda Zod aşırımının qızıl yataqlarında qul kimi işlədilir və işgəncələrə məruz qalırlar. Bu da “Müharibə qanunlarının müdafiəsinə dair” 1949-cu il Cenevrə konvensiyasına, 1977-ci il və 1980-ci il protokollarına ziddir. Faktlar Svetlana Qanuşkina, Bernhard Klasen, Paata Zaxaraşvilinin “Отчет о поездьке в зону Карабахского конфиликта” adlı məruzəsində ( 1998-ci il ) əks olunub. Lakin ermənilər həyasızcasına dünyaya meydan oxuyaraq bu faktları danır. Növbəti yazılarda onların törətdiyi beynəlxalq cinayətlərdən söz açılacaq.


Xaqani Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri.

Femida.az

Açar sözlər:

Oxunub: 18392