Nazir Qətərə gedib


20:15     24 May 2016 ab31a72cf1a14c4fb1ca4bceb14b8331.jpg

Təhsil naziri Mikayıl Cabbarov mayın 23-də Dohaya səfər edib.


Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, səfər Qətər Dövlətinin Əmirinin martda Azərbaycana səfəri zamanı əldə olunmuş razılığa əsasən və “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında təhsil və elmi tədqiqat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”na uyğun olaraq baş tutub.

Səfər çərçivəsində təhsil naziri Mikayıl Cabbarov Qətərin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadi ilə görüş keçirib. Görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.

Daha sonra təhsil naziri Qətər Universiteti və Həməd bin Xəlifə Universitetini ziyarət edərək hər iki ali təhsil müəssisəsinin prezidentləri ilə görüşüb.

Səfər çərçivəsində təhsil nazirinin Qətər Fondu və “Təhsil Şəhəri”nə ziyarəti baş tutub.

Femida.az

Açar sözlər:

Oxunub: 540