Qəbul imtahanlarının nəticələri açıqlandı
20:49 24 May 2016
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) may ayının 22-də ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini mayın 24-də saat 16:24-dən etibarən açıqlayıb.
Qurumun mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Abituriyentlər imtahan nəticələrini, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün sənəd vermiş 12800 abituriyentdən 944 nəfəri imtahana gəlməyib.
İmtahanda iştirak edən 11856 abituriyentdən 25 nəfəri qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Ən yüksək nəticə göstərən abituriyent IV ixtisas qrupu üzrə imtahan verib və 690 bal toplayıb. İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 29-dan avqustun 10-dək aparılacaq.
Oxunub: 640
Oxşar xəbərlər
- Qəbul qaydalarında dəyişiklik olacaq? - Məleykə Abbaszadədən açıqlama
- Qəbulda şəhid övladlarına üstünlük veriləcək
- Qəbul imtahanında maksimum 400 bal olacaq
- Qəbul imtahanının nəticələri açıqlandı
- Qəbul imtahanlarının vaxtı açıqlandı
- Qəbul və buraxılış imtahanlarının tarixləri açıqlandı
- Qəbul imtahanları ilə bağlı statistik məlumatlar açıqlandı
- Qəbul imtahanları başa çatıb
- Qəbul imtahanının birinci mərhələsi keçirilib
- Qəbul imtahanları pulsuz olacaq - SƏRƏNCAM