FES-in qərarı Azərbaycana təsir edəcəkmi?


04:35     25 May 2018 elman-rustemov%2024.jpg

“ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırması Azərbaycanın maliyyə bazarına və manatın məzənnəsinə güclü təsir etməyəcək”.


Femida.az Trend-ə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, FES-in qərarı manatın ABŞ dollarına nisbətdə məzənnəsinə təsir edən fundamental faktor deyil:

“Daha böyük faktorlar neftin qiyməti, Azərbaycanla qonşu ölkələrdə valyutanın məzənnəsi, eləcə də Azərbaycanın hazırda kifayət qədər sabit olan tədiyə balansının durumudur”

Femida.az

Açar sözlər:

Oxunub: 1511


Oxşar xəbərlər