“Papa üzr istəyənə kimi Vatikanın rəsmi saytına hücumlar olacaq“


19:31     15 Aprel 2015 papa.jpg

Papa Fransiskin qondarma erməni soyqırımı haqqında dediklərindən sonra Vatikanın rəsmi internet səhifəsinə haker hücumu olub.

Anspress-in "Hüriyyət"ə istinadla verdiyi məlumata görə, səhifəni türk hakerlər dağıdıblar.

İtalyan mətbuatında yer alan məlumata görə, “Turk Hack Team” üzvü bir qrup haker rəsmi sayt olan "vatican.va"nı hədəfə alıb.

Sayta hücumlar bazar ertəsindən başlayıb. Sayt gecə ərzində bağlı qalıb, ötən gün səhər saatlarından isə yenidən fəaliyyətə başalayıb.

"Twitter"də "@THTHerakles" adından istifadə edən haker Papa üzr istəyənə qədər Vatikanın saytını hədəf almağa davam edəcəyini açıqlayıb. O, bu hücumların Vatikan əhalisi ilə bağlı olmadığını və buna görə vətəndaşlardan üzr istədiyini deyib.

Femida.az

Açar sözlər:

Oxunub: 595