Bir dəqiqədə 79 nəfəri qucaqladı

Bir dəqiqədə 79 nəfəri qucaqladı


13:28     26 May 2016 65e2c9c613ba74452651d20fc2a05cc8.jpg

Hindistanın Andxra Pradeş əyalətinin sakini bir dəqiqə ərzində 79 nəfəri qucaqlamaqla dünya rekorduna imza atıb.


Femida.az xəbər verir ki, bu barədə “Guinness World Records” saytında məlumat yer alıb.

Krişna Kumar adlı kişinin qabağına 88 nəfər şagirdi gəlib və növbə ilə ona yaxınlaşıblar. 60 saniyə ərzində kişi 83 nəfəri qucaqlaya bilib, amma Ginnesin Rekordlar Kitabının nümayəndələri qucaqlanan adamların cəmi 79-nu kitaba salıb. Bunu da onunla izah edib ki, qalanları qucaqlaşmadan daha çox əl vurub qaçmağa bənzəyirdi. Qucaqlaşma isə yaxın təmas və insanların əlləri ilə bir-birinin kürəyini sıxmasını əhatə edirdi. Kumar isə bildirib ki, Ginnesin Rekordlar Kitabına düşməsini insan üçün yüksəliş hesab edib. Bundan öncə eyni səpkili rekorda 2014-cü ildə Avstraliyada imza atılıb.

Onu teleaparıcı Kerri Bikmor edib. O, 60 saniyə ərzində yerli uşaq xəstəxanasında 77 nəfəri qucaqlayıb./musavat.com/

Femida.az

Açar sözlər:

Oxunub: 2292