Putinin maşınlarının siyahısı açıqlandı


19:40     15 Aprel 2015 1429088945.jpg

Rusiya Prezidenti Vladimir Putin 2014-cü il üçün gəlirlərini açıqlayıb.

Femida.az-ın xəbərinə görə, ötən il Rusiya prezidentinin illik gəliri 7 milyon 654 min rubl təşkil edib.

2013-cü ildə isə Putin 3.6 milyon rubl qazanmışdı.

Bundan başqa prezidentin Rusiya istehsalı olan 3 avtomobili – QAZ M-21, QAZ M-21-P və “Volqa” açıqlanan sərvət siyahısında göstərilib. Hər 3 avtomobil Putinə məxsus 18 kv.m-lik qarajda saxlanılır. Daha bir qaraj isə icarəyə götürülüb.

Prezidentə məxsus 15 sotluq torpaq sahəsi də siyahıda qeyd olunub.

Hesabatda Putinin digər maliyyə gəlirləri ilə bağlı məlumat siyahıda yer almayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 674