Almaniya Yunanıstanı hədələdi


22:20     21 İyun 2015 almə.jpg

Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun və Beynəlxalq Valyuta Fondunun rəhbərliyinin ardınca Almaniya da avrozona ölkələri rəhbərlərini Brüsseldə keçiriləcək görüşü ərəfəsində Yunanıstana ultimatum ünvanlayıb.


Femida.az Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Almaniya rəhbərliyi Yunanıstanı sərt şəkildə xəbərdar edib: əgər Afina yaxın həftə ərzində kreditorlarla razılığa gələ bilməsə, avrozonanı tərk etməli olacaq.

Bir qədər əvvəl AFR hökumətinin Yunanıstanın müflis olacağı təqdirdə fəaliyyət planı işləyib hazırladığı barədə məlumat verilmişdi. Bu ərəfədə Donald Tusk da Afinanı seçim qarşısında qoyub: hökumət ya qeyri-ənənəvi iqtisadi islahatların keçirilməsi ilə razılaşacaq və Avropa İttifaqından növbəti 7,2 milyard avro həcmində maliyyə yardımını alacaq, ya da Yunanıstan müflis olduğunu elan edəcək.

Yunanıstanın müflis olması və danışıqlarda irəliləyiş əldə edilməməsi ilə bağlı Donald Tusk iyunun 22-də avrozona ölkələri dövlət və hökumət başçılarının növbədənkənar sammitini çağırıb.

Açar sözlər:

Oxunub: 516