Bizim Kardaşyanımız kim ola bilər? - SORĞU


21:22     15 Aprel 2015 kim-kardashian-champan.jpg

Kim Kardaşyanın Ermənistana gəlməsi və nazir müavini səviyyəsində qarşılanması bütün dünya mediasında hay-küyə səbəb oldu. Fərqi yoxdur hansı yolla, amma bu, Ermənistan və saxta `erməni soyqırımı` üçün böyük reklam oldu. Sirr deyil ki, dünyada Ermənistanı Kardaşyana görə tanıyanlar da var.

Maraqlıdır, bəs bizim Kardaşyanımız kim ola bilər? AzVision.az bununla bağlı kiçik bir sorğu keçirib.

Aqşin Yenisey, şair:

- Qaraçılarda və digər azsaylı xalqlarda olduğu kimi, ermənilərdə də matriarxal ənənələr hələ də qalmaqdadır. Qaraçı arvadlarının gecə-gündüz küçələrdə dilənçilik, falçılıq yoluyla pul qazanması, onların kişilərinin üsə əlini ağdan-qaraya vurmaması kimi, erməni xalqının, hakimiyyətinin pornoulduz qızları Qardaşyana olan sevgisi də bizim kəlbətin yerinə əngini kullanacaq qədər maskulin xalqımıza çatmır. Ermənilər tarixən başqa xalqlarla ünsiyyətə qadınları, qızları vasitəsi ilə girə biliblər və sirr deyil ki, məqsədli münasibətlər zamanı qadının seksual ünsiyyətinə tay ola biləcək ikinci ünsiyyət növü yoxdur.
Azərbaycana gəlincə, inanmıram ki, bizdə hanısa bacı beynəlxalq qardaşyanlıq etmək eşqinə düşsün, çünki bizim cəmiyyətdə matriarxal dövrü, deyəsən, heç yerli-dibli olmayıb. Buna Azıx mağarasında tapılan alt çənənin qadına aid olması da tarixi bir sübutdur.

Vasif Məhərrəmli, müğənni:

- Ermənilərin ömür boyu qeyrəti, namusu olmayıb. Ona görə də Kim Kardaşyan kimi pozğunları, pornoulduzları gətirib başlarının üstünə çıxarıblar. Bizi isə elə adamlarla tanıtmağın heç yeri yoxdur, lazım da deyil.

Oqtay Əliyev, “SOY production”un vitse-prezidenti:

- Arzulamaram ki , Azərbaycanın xaricdə Kim Kardaşyan kimi bir adamı olsun. O, onların özlərinə məxsusudur. Allah göstərməsin ki, Azərbaycanın elə bir tanınmışı olsun. Bizim ayrı təmsilçilərimiz, ayrı cür vasitələrimiz olmalıdır. Bütün dünya bilirsiniz ki, Kim Kardaşyanı necə tanıyır.

Vüsal Məmmədov, jurnalist:

- Var bizdə elə sənətkarlar, sadəcə, dünya miqyasına çıxa bilmirlər. Məsələn, Maral Tahirqızı. Nəyi, daha dəqiqi, harası Kardaşyandan əskikdir? Cəmi bir həftəyə bütün Azərbaycanda tanındı, uzağı yarım ilə də bütün dünyaya tanınar. Biz Kardaşyanın qabağına ciddi sənətçilərimizi, elm adamlarımızı çıxarası deyilik ki?! Kardaşyanın qabağına çıxarmaq üçün Maralımız var. Dəstək olaraq, çıxaraq dünya miqyasına. Bir ildən sonra `Qremmi` mərasiminin aparıcısı olmasa, mən heç nə bilmirəm.

Baba Vəziroğlu, şair:

- Allah eləməsin ki, olsun. Allah o şöhrəti, məşhurluğu kəssin ki, onu Kim Kardaşyan kimiləri qazanır. Özü də hansı sahədə. Mən heç kəsi qınamıram. Hərənin öz sənəti var. Bu da ən qədim peşələrdən biri sayılır. Kardaşyanın şöhrətinə nə bir xalq, nə də ki, bir fərd olaraq həsəd aparıram. O şöhrəti, məşhurluğu Allah kəssin. Sovet dövründə də ermənilərin qadınları Kim Kardaşyanın gördüyü işlərlə məşğul olurdular. Və bununla da öz xalqlarına `xidmət` edirdilər. İndi də dünyanın ən yağlı yerlərinə səpələniblər. Biz, əlbəttə ki, öz tanınmışlarımız ilə fəxr edə bilərik. Amma nədənsə, bunu çox tənbəlcəsinə edirik. Bizim tanınmışlar tamam başqa sahələrdədirlər. Bu gün bütün dünyanın yararlandığı texniki inqilabın banisi olan Lütfizadəni Azərbaycanda çoxları tanımır. Sadəcə olaraq, varlı insanlar öz varlarının qədrini bilmirlər. Bizdə qədirbilməzlik sindiromu yaranıb.

Gövhər Həsənzadə, bəstəkar:

- Düşünürəm ki, bizə lazım deyil hansısa bir porno ulduzun hesabına tanınmaq. İki dünya bir olsa da, bu adam porno ulduzdur. Bu adamın siyasətə nə təsiri ola bilər ki? Allah həmişə onları elə Kardaşyan kimi adamların ümidinə qoysun. Braziliya festivallarına getsəniz, həmin o Kim Kardaşyandan milyonlarla var. Pornoulduzlar elə erməni olsalar, yaxşıdır.


Şəhanə Rəhimli,
AzVision.az



Açar sözlər:

Oxunub: 1022