Bir ailənin 4 üzvü qəzada yaralandı


01:45     22 İyun 2015 40e6a91cad4777e7f322d2e767e141959.jpg

Gəncə-Daşkəsən yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bayan kəndi ərazisində qeydə alınıb.

Rayon sakini, 1967-ci il təvəllüdlü Səfiyar Hənifəyev idarə etdiyi "Mitsubishi" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarında olan qayaya çırpıb. Qəza zamanı sürücü və avtomobildə olan, onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Səadət Hənifəyeva və onların övladları, 9 yaşlı Babək və 5 yaşlı Nübar müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Həkimlər onların 3-nün vəziyyətini orta ağır qiymətləndirilər.

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 679