Ərdoğan və Ancelina Colinin əl görüşməsindəki sirr - FOTOLAR


14:49     22 İyun 2015 1434922099_q48.jpg

Türkiyədə səfərdə olan məşhur Hollivud aktrisası, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xüsusi elçisi Ancelina Coli ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Oteldə keçirilən görüşdə BMT-nin Qaçqınlar üzrə ali komissarı Antonio Quterreş də iştirak edib.

Amerikalı aktrisa Türkiyədə Mardin vilayətinin Midyad rayonuna gedib. Onun səfərinin əsas məqsədi, bölgədəki Suriya və İraqdan olan qaçqın düşərgəsinə baş çəkmək olub.

Düşərgəyə Coli ilə yanaşı Antonio Queterreş və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da baş çəkib.

Görüşdə ən diqqət çəkən məqam isə Ərdoğan və Ancelina Colinin əl tutuşmalarındakı xüsusi üslüb olub. Belə ki, Ərdoğan Colinin əlini sıxarkən, xüsusi ritualdan istifadə etməsidir. Ritual isə masonların bir-biri ilə görüşündəki hərəkətdir. Və bu cür əl sıxışmada masonun hansı dərəcəyə sahib olması özünü göstərir:

- əl sıxışmada baş barmaq birinci və ikinci barmağın sümüyü arasındadırsa, bu, şagirdidir;
- ikinci və üçüncünün arasında, ya da ikinci ya ikincinin üstündədirsə, bu, usta şəirdidir;
- baş barmaq üçüncü sümüyün üstündə və ya 3 və 4-cü sümüyün arasından bərk sıxırsa, bu, ustadır.

Şəkilə diqqət etsəz, Ərdoğanın 3 və 4-cü sümüyün arasından baş barmağı ilə bərk sıxdığını görərik. Sözügedən şəkili və buna bənzər digər dövlət rəsmilərinin oxşar əl sıxışmalarını da təqdim edirik. Bu şəkillərdə Fransanın keçmiş prezidenti Nikolas Sarkozini, ABŞ prezidenti Barak Obamanı, SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovu, Roma papasını, İngiltərə kraliçası II Yelizavettanı, İngiltərə şahzadəsi Çarlzı və digər məşhurları görmək olar.












Açar sözlər:

Oxunub: 2550