Himalayın zirvələrindən birinə Savçenkonun adı verildi


04:28     01 İyun 2016 Cjc0N3gWEAA0j7I.jpg

Himalay dağının zirvələrindən birinə ukraynalı pilot Nadejda Savçenkonun adı verilib.


Femida.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ukraynalı idman jurnalisti Valentin Şerbaçev bildirib.

“Mən ötən ay zirvələrdən birinə Nadejda Savçenkonun adını verməyi qərara aldım. Çünki bu qadın iki il ərzində təkbaşına sistemə qarşı mübarizə aparıb”,- deyə jurnalist söyəyib.

Onun sözlərinə görə, Nepal hökuməti zirvələrdən birinin “Nadiya” adlandırılmasına dair rəsmi sertifikat verib.

Xatırladaq ki, Rusiyada 22 il azadlıqdan məhrum edilən ukraynalı pilot Nadejda Savçenko mayın 25-də terrorçuluq fəaliyyətində ittiham edilərək 14 il azadlıqdan məhrum edilən rus məhbuslar - Yevqeni Erofeyev və Aleksandr Aleksandrovla dəyişdirilərək ölkəsinə təhvil verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 3169


Oxşar xəbərlər