“Təmiz Binəqədi“, yoxsa ağacsız Binəqədi


20:29     15 Aprel 2015 11150144_824366917610369_3966145478882198577_n.jpg

Sosial şəbəkələrdə Binəqədi rayonu ərazisində xeyli sayda ağacın kəsilərək məhv edilməsini əks etdirən şəkillər paylaşılıb.

“Təmiz Binəqədi” layihəsinin geniş təbliğatının aparıldığı bir vaxtda ağacların kəsilməsi təəccüb doğurur.

Femida.az Binəqədi rayon İcra Hakimiyyətindən açıqlama almağa çalışsa da, icra hakimiyyəti nümayəndələri münasibət bildirməkdən imtina edib.

Femida.az kollektivi olaraq “Təmiz Binəqədi“ lahiyəsinin mahiyyətinin ağaclardan təmizlənmiş Binəqədi olmadığına ümid edirik.

Aysel Həsən
Femida.az

Açar sözlər:

Oxunub: 593